YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəmkir rayon təşkilatının yaradılmasının 32-ci ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) YAP Şəmkir rayon təşkilatının yaradılmasının 32-ci ildönümü qeyd olunub.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev təşkilatın 32 illik fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası çətin və şərəfli yol keçib. Bu gün YAP ölkəmizin aparıcı siyasi təşkilatı kimi tanınır və nüfuz qazanıb. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin daimiliyini təmin etdi, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev ərazi bütövlüyümüzü bərpa etməklə Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim etdi. 2021-ci ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul edilən tarixi qərarlar isə ölkəmizin ictimai-siyasi həyatına yeniliklər gətirib, ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı bildirib ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisini həyat amalına çevirib, müasir müstəqil, qalib Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfələrini verməyə səy göstərir.

Vurğulanıb ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Bu gün Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır.

Digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını, qısa müddətdə iqtidar partiyası olması və regionun ən möhtəşəm siyasi təşkilatına çevrildiyini qeyd ediblər.

Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya üzvünə fəxri fərman təqdim olunub. Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.