YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə mediası: Azərbaycanın qazandığı qələbə bölgənin inkişafı üçün yeni perspektivlər açır

Azərbaycan Prezidenti İlham Əliyevin Laçın rayonunun Ermənistanın işğalından azad olunması münasibətilə xalqa müraciəti Türkiyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən geniş işıqlandırılıb. Türkiyə mediası dövlətimizin başçısına istinadla “Ermənistan ordusu artıq yoxdur!” ifadəsini mühüm sərlövhə kimi istifadə edib.

Təcavüzkar Ermənistanın işğalçılıq siyasəti və fasiləsiz təxribatları səbəbindən Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum əməliyyatlarını fasiləsiz olaraq diqqətdə saxlayan Türkiyə KİV-ləri Azərbaycan həqiqətlərinin dünya və ölkə ictimaiyyətinə çatdırmaqda davam edir. Prezident ilham Əliyevin dekabrın 1-də Azərbaycan xalqına müraciətində səsləndirdiyi fikirlər, çağırış və mesajlar media tərəfindən geniş işıqlandırılmaqla bərabər ekspertlər tərəfindən də geniş təhlil olunmaqdadır.

Qeyd olunur ki, Azərbaycanın qazandığı qələbə bölgənin inkişafı üçün yeni perspektivləri açır və bu, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlər mühiti formalaşdırıb.

 

DİGƏR Xəbərlər Arxiv