YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Xalq bu günləri unutmayacaq

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işqaldan azad olunmuş Fizuli və Cəbrayıl rayonlarına səfəri dövlətimizin başçısının daim xalqla bir olduğunu, vətəndaşlarımıza arxalandığını və onlara xidmət etdiyini bir daha nümayiş etdirdi”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Tahir Rzayev bildirib ki, cənab İlham Əliyev indi bu rayonlara müzəffər və qalib ordunun mətin, qalib sərkərdəsi kimi səfər edir və bu bizim hər birimizdə qürur doğurur. Çünki az bir müddətdə - 44 gün ərzində 30 il işqal altında olan, məkirli düşmənin beton piltələrlə möhkəmləndirdiyi sədləri tez bir zamanda keçmək, hər gün neçə - neçə kəndi, şəhəri təcavüzkarlardan azad etmək məhz mətin iradə, cəsarət, vətənpərvərlik tələb edirdi ki, bunu Ali Baş Komandanın tapşırıqları və düşünülmüş planları sayəsində Azərbaycan ordusu bacardı.

“Bu tarixi bir qələbə idi, əsrlərlə xalqımızın yaddaşından, tarixdən silinməyən, unudulmaz bir döyüş idi. Azərbaycan Respublikasının Prezidenti səfər zamanı fəxrlə bildirmişdir ki, biz artıq işqaldan azad olunmuş ərazilərimizdə abadlıq işlərinə başlamışıq, şəhər və kəndlərimizi bərpa edəcəyik. Fizulidən Şuşa şəhərinə yol çəkirik. Düşmən isə ərazilərimizi tərk edərkən yenə də vəhşilik törədir, evləri yandırırlar, meşələrə od vururlar, əsil həyasılıq, vicdansızlıq göstərirlər. Ölkə rəhbəri bir daha xatırlatmışdır ki, biz düşməni əzdik, məğlub etdik, sözümüzü yerinə yetirdik. Prezidentin bu səfəri xalqımız tərəfindən ruh yüksəkliyi ilə qarşılanmışdır. Çünki torpaqlarımızın azad olunması, Şuşada bayrağımızın ucaldılması, Qarabağın tacı olan bir şəhərin düşməndən təmizlənməsi xalqımızın müqəddəs arzusu, məqsədi idi və bunu Ali Baş Komandanımız qəhrəmanlıq göstərərək bacardı. O xalqına verdiyi vədə, “Qarabağ Azərbaycandır” andına sadiqliyini bütün dünyaya nümayiş etdirdi və yeni, unudulmaz bir tarix yazdı”-deyə, komitə sədri vurğulayıb.