YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyəli general-mayor Prezidentə yazır: Ermənistanın təcavüzünə qarşı başladığınız mübarizə bizi qürurlandırdı

Ermənistanın son vaxtlar həyata keçirdiyi təcavüzə qarşı başladığınız mübarizə bizi qürurlandırdı.

Bu sözlər Türkiyə Ehtiyatda olan Zabitlər Dərnəyinin sədri, ehtiyatda olan general-mayor Namik Kamal Çalışkanın Azərbaycan Prezidenti İlham Əliyevin məktubunda yer alıb. Məktubda deyilir:

“Hörmətli cənab Prezident, bir kökə mənsub olmaqdan qürur duyduğumuz böyük türk birliyinin azad və müstəqil bir dövləti olan Azərbaycan Respublikası mərhum liderimiz Heydər Əliyevin “bir millət, iki dövlət” sözləri ilə ifadə edildiyi kimi həm də bizim Vətənimizdir. Bundan əlavə, ulu öndər Mustafa Kamal Atatürkün dediyi kimi "Azərbaycanın sevinci sevincimizdir, kədəri kədərimizdir". Dağlıq Qarabağ da daxil olmaqla torpaqlarınızın bir hissəsini işğal edən ermənilər Birləşmiş Millətlər Təşkilatı və ATƏT-in qərarlarına baxmayaraq bu işğalı davam etdirirlər. Onların mülki əhaliyə qarşı insanlığa sığmayan hərəkətləri qəbul edilə bilməz. Bu işğala və Ermənistanın son vaxtlar həyata keçirdiyi təcavüzə qarşı başladığınız mübarizə bizi qürurlandırdı. Bu qəti mübarizənizdə qələbə qazanacağınıza, illərdir davam edən haqsız işğala son qoyacağınıza, münaqişəni sülh yolu ilə həll etmək istəməyən Ermənistanı və onların havadarlarını sülhə məcbur edəcəyinizə əminəm. Türkiyə Respublikası və türk xalqı hər zaman Azərbaycana qardaşdır. Bu çərçivədə hökumətimizin elan etdiyi dəstək iradəsi xalqımızın da iradəsidir. Türkiyə Ehtiyatda olan Zabitlər Dərnəyi olaraq Azərbaycanı sona qədər dəstəkləyirik. Hər zaman və hər yerdə Azərbaycan Ordusuna hər cür töhfə verməyə hazır olduğumuzu bəyan edirik. Bu müqəddəs mübarizədə şəhid olan qardaşlarımıza mərhəmət və qazilərimizə təcili şəfa diləyirik. Bütün xalqınıza başsağlığı verir, ehtiramımızı bildiririk”.