YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Azərbaycan Ordusu yüksək texnologiyalardan istifadə edərək düşmənin hərbi infrastrukturunu sıradan çıxarır

Əməliyyatların gedişi göstərir ki, Azərbaycan Ordusu dronlardan, yüksək texnologiyalardan istifadə edərək düşmənin hərbi infrastrukturunu sıradan çıxarır.

Bu sözləri oktyabrın 2-də keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

Prezidentin köməkçisi bildirib ki, Ermənistanın silahlı qüvvələrinin əsas logistik, hərbi-sursat anbarlarına ciddi zərbələr vurulub. “Bu, Ermənistan silahlı qüvvələrinin müqavimətini əsaslı şəkildə sarsıdır. Bu zərbələr Ermənistan silahlı qüvvələrinin cəbhədəki bölmələrinin müqavimətini böyük dərəcədə azaldıb. Otuz il ərzində Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş hərbi istehkam sistemlərinin, maddi-texniki bazanın qısa müddətdə sıradan çıxarılması Ermənistan silahlı qüvvələrinin döyüş müqavimətinin sıradan çıxarılması deməkdir”, - deyə H.Hacıyev vurğulayıb.