YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevda Abramov: Müəyyən təşkilatlar Azərbaycana qarşı fəaliyyətlərini xüsusi sifarişlə həyata keçirirlər

«Dünyada müəyyən dairələr öz siyasətlərini müstəqil dövlətlərə diqtə etməyə çalışır. Azərbaycan isə heç zaman belə diktələri qəbul etmir və etməyəcək». Bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.

Y.Abramov bildirib ki, “Freedom House” təşkilatının sabiq prezidentinin son fikirləri bu məqsədlərə xidmət edir. Onun sözlərinə görə, bu təşkilatlar və şəxslər Azərbaycana qarşı bütün fəaliyyətlərini xüsusi sifarişlə həyata keçirirlər.

«Ona görə də, belə bəyanatlar Azərbaycana yaxşı tanışdır. Çünki, bu dairələr Azərbaycanın əldə etdiyi uğurlar haqqında bir dəfə də olsun obyektiv fikir ifadə etməyiblər. Bu səbəbdən, düşünürəm ki, bu cür fikirlərə ciddi yanaşmaq lazım deyil. Eyni zamanda, Azərbaycan cəmiyyəti belə fəaliyyətlərin hansı məqsədlər daşıdığını yaxşı dərk edir və buna görə də, qəbul olunmur»- deyə, komitə sədrinin müavini vurğulayıb.