YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan əlaqələri və əməkdaşlıq münasibətləri inkişaf edəcək və genişlənəcəkdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti cənab Sooronbay Jeenbekovu Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir: “İnanıram ki, Azərbaycan-Qırğızıstan əlaqələri, ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının qardaş Qırğızıstan xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə daim əmin-amanlıq və rifah diləyirəm”.