YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncamlar imzalayıb

Prezident İlham Əliyev avqustun 17-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

Dövlətimizin başçısının Sərəncamı ilə 3 nəfərə “general-leytenant”, 2 nəfərə “general-mayor” ali hərbi rütbələri verilib.

Prezidentin digər sərəncamları ilə bir nəfərə “Əməkdar həkim”, bir nəfərə “Əməkdar tibb işçisi”, bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 5 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 10 nəfər “Vətən uğrunda”, 8 nəfər “İgidliyə görə”, 23 nəfər isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.