YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Neft Daşları” yatağında istismara verilən quyudan sutkada 25 ton neft hasil edilir

Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Neft Daşları” yatağındakı 1887 nömrəli meydançadan 2679 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, quyu X horizontdan, 2580-2572 metr intervaldan sutkalıq 25 ton neft hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işləri “Neft Daşları” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.