YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Ölkəmizdə karantin rejiminin uzadılması virusun geniş yayılmasının qarşısının alınması baxımından vacibdir

“Yeni növ koronavirus infeksiyası ilə bağlı dünyada mürəkkəb vəziyyət hökm sürür. Hər gün on minlərlə insan bu virusa yoluxur, yüzlərlə insan həyatının itirir. Ölkəmizdə karantin rejiminin uzadılması virusun geniş yayılmasının qarşısının alınması baxımından vacibdir”. Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, karantin rejiminin uzadılması ilə bağlı Operativ Qərargahın qərar mövcud vəziyyətə adekvatdır. Onun sözlərinə görə, dünya ölkələrinin təcrübəsinə nəzər saldıqda fərqli mənzərə müşahidə olunur. Bir çox dövlətlərdə yoluxma və ölüm halları sürətlə artır. Ona görə də dünya miqyasında xüsusi məhdudiyyətlər və qadağalar tətbiq olunur, sosial izolyasiya tədbirləri gücləndirilir. Xəstəliyin müalicəsinin olmadığına, hətta dünyanın inkişaf etmiş ölkələrinin belə virusun qarşısını ala bilmədiklərinə görə hazırda strateji əhəmiyyətə malik məsələ səmərəli qabaqlayıcı tədbirlərin görülməsidir.

“Ölkəmizdə pandemiyaya qarşı indiyə qədər olduqca effektiv mübarizə aparılıb və bunun nəticəsidir ki, bizdə ölüm hallarının sayı digərlərindən azdır. Bununla belə, yeni dalğanın qarşısının alınması və ya yoluxma sayının azalması üçün bu tədbirlər vacib xarakter daşıyır. Artıq yoluxma sayında azalma müşahidə olunur və bu müsbət dinamika qorunmalıdır. Bunun üçün vətəndaşlar qaydalara əməl etməlidirlər. İnanırıq ki, xalqımız bir daha birlik nümayiş etdirəcək və bu bəladan xilas olmaq üçün qoyulan qaydalara riayət olunacaq”-deyə, deputat qeyd edib.