YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çin Xalq Respublikasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Çin Xalq Respublikasında (ÇXR) qeyd olunub.
Azərbaycanın ÇXR-dəki səfirliyində təşkil olunan tədbirdə əvvəlcə dövlət himni səslənib. Sonra Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbriki oxunub.
Bu bayramın müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaradılmasında böyük rol oynadığını bildirən səfir Lətif Qəndilov deyib ki, soydaşlarımızın həmrəyliyi hazırda özünü daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir.
Bildirilib ki, ulu öndər Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birliyinin təmin olunmasını, onların Vətənlə əlaqələrinin möhkəmlənməsini daim diqqətdə saxlayırdı. Məhz onun təşəbbüsü ilə dünya azərbaycanlılarının birinci qurultayı keçirilib, xaricdə yaşayan soydaşlarımızla bağlı fəaliyyət göstərən dövlət komitəsi yaradılıb.
Son illərdə azərbaycanlılar arasında həmrəyliyin daha da möhkəmlənməsi və diaspor qurumlarının təsirli qüvvəyə çevrilməsi prosesi uğurla davam edir. Xarici ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının təminatı, Azərbaycan haqqında obyektiv məlumatların yayılması və dövlət maraqlarının qorunması sahəsində diaspor təşkilatlarının rolu xeyli artıb. Dövlətimiz diaspor təşkilatlarına bu istiqamətdə verdiyi dəstəyi bundan sonra da davam etdirəcək.
Səfir Lətif Qəndilov deyib ki, Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının tarixi və doğma vətəni, ümid və istinad yeridir. Odur ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətəndə baş verən prosesləri diqqətlə izləyir, qazanılan uğurlara sevinir, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artması ilə fəxr edir.
Sonda müstəqillik illərində Azərbaycanın beynəlxalq arenada qazandığı diplomatik uğurlara həsr olunmuş sənədli film nümayiş olundu.