YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hafis Bəşirov: Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılacaq BMT-nin Baş Assamleyasının xüsusi sessiyası pandemiyaya qarşı mübarizədə bütün səy və imkanları birləşdirəcək

"Prezident İlham Əliyevin yeni növ koronavirus (COVİD-19) pandemiyasına qarşı qlobal mübarizə və həmrəylik çağırışları gündən-günə inkişaf edən Azərbaycan dövlətinin xoş niyyətini, xeyirxah mövqeyini ortaya qoymuş oldu. Cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi BMT-nin Baş Assambleyasının COVİD-19-a həsr olnumuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dünyanın 130-dan artıq dövlət tərəfindən dəstəklənməsi isə ölkəmizə olan inamın və etimadın göstəricisidir. Bu, addım bir daha Azərbaycan dövlətinin dünyada əməkdaşlıq və həmrəylik, eləcə də sülh və əmin-amanlıq uğrunda mübarizə apardığını bir daha nümayiş etdirmiş olur". Bu fikirləri Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin irəli sürdüyü vacib təşəbbüsün dünya dövlətləri tərəfindən müsbət dəyərləndirilməsi və dəstəklənməsi dövlət başçımızın rəhbərliyi ilə yürüdülən və ümumbəşəri dəyərlərə söykənən siyasətin növbəti parlaq qələbəsidir: "Bu təşəbbüsün yüksək dəstək qazanması ölkəmizə və Prezidentimizə dünya birliyində olan inamdan qaynaqlanır. Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları ölkəmizi yaxın tərəfdaş qismində qəbul edir. Eləcə də, Azərbaycanın pandemiyanın təsirlərinin minimuma endirilməsi, vətəndaşların sağlamlıqlarının qorunması yönündə atdığı addımlar göz önündədir. Bü gün ölkəmiz istər iqtisadi platformada sabitliyin qorunması, istərsə də vətəndaşların sağlamlıqlarının təmin edilməsi istiqamətində uğurlu tədbirləri ilə seçilir. Vaxtında atılan addımlar nəticəsində ölkəmizdə digər dövlətlərdə olduğu kimi faciələr yaşanmır, ölüm hallarının sayı azdır. Təbii ki, dünya birliyi bu reallığı görür və dəyərləndirir. Vurğulamaq istərdim ki, Azərbaycan Prezidenti, YAP Sədri cənab İlham Əliyevin qlobal müstəvidə ortaya çıxan problemlərin həllində fəal iştirakı, beynəlxalq əməkdaşlığın və həmrəyliyin daha da gücləndirilməsi yönündə təşəbbüsləri ölkə vətəndaşlarında, YAP üzvlərində böyük qürur və iftixar hissi doğurur. Əminik ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılacaq BMT-nin Baş Assamleyasının xüsusi sessiyası pandemiyaya qarşı mübarizədə ölkələr arasında sıx həmrəyliyi təmin edəcək, beynəlxalq əməkdaşlığı daha da gücləndirəcək və bu qlobal təhlükənin aradan qalxması üçün bütün səy və imkanları birləşdirəcək".