YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətəndaşın səhlənkarlığı və məsuliyyətsizliyi dövlətin bütün sosial və iqtisadi planlarına ciddi mənfi təsir göstərir

Aydın Hüseynov

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı

Bu gün bütün dünya ölkələrinin əsas diqqəti qlobal təhdid olan yeni növ koronavirusla mübarizə tədbirlərinə yönəlibdir. Pandemiyanın öldürücü zərbələrini dəf etmək üçün bütün dövlətlər bütün maddi-fiziki imkanlarını səfərbər edib. Azərbaycan bu virusun yayılmağa başladığı ilk günlərdən təxirəsalınmaz önləyici tədbirlər görməkdədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində koronavirusun ölkəmizə yayılmasının qarşısının alınması üçün operativ qabaqlayıçı addımlar atılır.

Azərbaycan Avropada və MDB məkanında hələ pandemiyanın yayılmadığı bir dövrdə yanvar ayında Nazirlər Kabineti yanında Operativ Qərargah yaratmaqla gözlənilə biləcək təsirlərə qarşı vətəndaşların təhlükəsizliyini təmin etdi. Azərbaycan Hökumətinin bütün strukturlarının nümayəndələrinin təmsil olunduğu Operativ Qərargah 24 saat fasiləsiz rejimdə prosesləri dərindən izləyib təhlil edərək təsirli və çevik addımlar atır. Dövlət qurumları arasında güclü əlaqələndirmə təmin edilməsi və koordinasiyalı şəkildə fasiləsiz iş rejiminin qurulması, məhdudlaşdırıcı qaydalar və xüsusi karantin rejiminin təbiqi olunması birbaşa vətəndaşların sağlamlığının qorunmasına xidmət edir. 

Prezident İlham Əliyev bəyan edib ki, bizim üçün vətəndaşının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür. Bu siyasətə uyğun olaraq dövlətin bütün imkanlarını vətəndaşların sağlamlığının qorunmasına və təhlükəsizliyinin təmin edilməsinə səfərəbər edibdir. Koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradılıb, 30-dan çox xəstəxana, o cümlədən regionun ən nəhəng səhiyyə müəssisəsi olan və maddi-texniki bazasına, tibb infrastrukturuna görə, xüsusilə fərqlənən “575 çarpayılıq “Yeni klinika” koronavirus yoluxan xətələrin ixtiyarına verilibdir. Xaricdən ölkəmizə qayıdan insanlar ən müasir otellərdə karantinə alınır, onların təhlükəsziliyi ən yüksək səviyyədə təmin edilir.

Birinci vitse-prezidenti Mehriban Əliyevanın birbaşa təşəbbüsü ilə xarici ölkələrdən ən müasir və zəruri tibbi avadanlıqlar, xüsusi tibbi maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr respublikamıza gətirilərək müvafiq tibb müəssisələrinə verilir.  Dövlət 10 modul xəstəxananın tikilməsinə 10 miyon manat vəsait ayırıbdır, artıq onların 5-i sitifadəyə verilib, yaxın günlərdə digər  5-i də istifadəyə veriləcək və beləliklə səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranacaqdır.

Bu gün Azərbaycan dövləti həm də ümumbəşəri humanizm nümayiş etdirir. Xəstəliyin yayıldığı ilk günlərdə qonşu dövlətlərə insanlıq borcunu nümayiş etdirib və 30-dan çox ölkəyə və  ÜST-ə könüllü maliyyə yardımı ayırıb.

Son günlərdə yoluxmaların sayının artması da vətəndaş məsuliyyətsizliyinin, sosial davranışın zəifləməsinin, insanların dövlətin müəyyən etdiyi qaydalara əməl etməməsinin nəticəsidir. Azərbaycan bütün ölkələrin əksəriyyətindən əvvəl sistemli şəkildə qabaqlayıcı tədbirləri həyata keçirməyə başlayıb, dövlət tərəfindən görülən önləyici tədbirlər, həyata keçirilən sosial təcrid, sərt karantin rejimi dövründə virusa yoluxanların sayı xeyli azalmışdı. Dünya ölkələri arasında ən az yoluxma Azərbaycanda idi. Lakin vətəndaşların karantin rejiminin yumşalmasından sui-istifadə etməsi və sərgilədiyi məsuliyyətsizlik sayəsində virusa yoluxma halları artmağa başlayıb. 

Azərbaycan hökumətinin bu qədər genişmiqyaslı işlərinin müqabilində bəiz vətəndaşların səhlənkarlığı və laqeydlyi, biganəliyi dövlətin həyata keçirdiyi pandemiya ilə mübarizə planlarına mane olur, əldə edilən müsbət nəticələrin effektivliyinə mənfi təsir göstərir.

Koronavirus bütün insanların ümumi problemidir, bunu hər bir vətəndaş bilməlidir. Hər vətəndaş dərk etməlidir ki, təkcə onun virusa yoluxması və ətrafdakılara yayması dövlətə böyük zərbə vurması deməkdir. Bu, təkcə tibbi baxımdan deyil, ümumi iqtisadi-sosial vəziyyətə ciddi təsir edən zərərlədir. Dövlət son aylarda pandemiya ilə mübarizəyə on milyonlarla manat vəsait yönəldib. Prezidentin Ehtiyat Fondundan tibbi avadanlıqların, ləvazimatların alınması və işi düzgün təşkil etmək üçün 100 milyon manat vəsait ayrılıbdır. Modul xəstəxanaların tikintisinə 10 milyon manat xərclənib. Əlavə olaraq 150 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bir koronavirus xəstəsinin müalicəsi üçün bir gündə 80-150 manat sərf edilir. Bir xəstənin müalicəsinə  pul ayrılır. Hazırda koronavirusa yoluxanların sayı 14 mini ötüb.  Eyni zamanda, digər tibbi və sosial xərclər, həkimlərin əməkhaqqısına əlavə ödəmələrvə digər xərclərin məbləği də nəzərə alındıqda dövlətin böyük həcmdə vəsaitlər xərclədiyini görmək olar.

Nəzərə alsaq ki, iqtisadiyyatı hər gün milyonlarla manat itirir, çünki iqtisadi fəallıq azalır, məhdudiyyətlər iş yerlərinin dayanmasına, real sektorlardan daxil olan əlavə dəyərlərin aşağı düşməsinə gətitib çıxarır. İqtisadiyyatımız 2020-ci ilin 5 ayı ərzində 1,7 fazi aşağı düşüb, halbuki ötən ilin müvafiq dövründə  2,2 faiz iqtisadi artım əldə olunmuşdu. 

Azərbaycan iqtisadiyyatı hər gün koronavirusa görə, 120-150 milyon manat itirir. Ona görə də, hər bir vətəndaş vəziyyətin ciddiliyini aydın şəkildə dərk etməlidir. Çünki dövlətin itirməsi vətəndaşın itirməsi deməkdir, dövlət qazandığı gəlirləri ona xərcləyir, sosial rifahının yaxşılaşmasına yönəldir. Hətta ən çətin günlərdə, böyük maliyyə itkiləri şəraitində belə hökumətimiz insanların gündəlik sosial-iqtisadi həyatına dəyən zərələri qarşılamaq üçün bütün maliyyə imkanlarını səfərbər edir. Nazirlər Kabineti tərəfindən hazırlanmış və maliyyə tutumu 2,5 milyard manat olan dəstək proqramlarını əhatə edən Tədbirlər Planının icrası da dövlətin vətəndaşa, sahibkara yüksək qayğısının nəticəsidir. İşsiz və iş axtaran şəxslərə, aztəminatlı ailələrə 190 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi, yardım alanların sayını 2 dəfə artıraraq 200 mindən 600 minə çatdırılması dövlətin sosial humanziminin ifadəsidir. Aztəminatlı ailələrə maliyyə yardımının göstərilməsi, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək bu proqramın tərkib hissəsidir. Ölkəmizdə ünvanlı sosial yardım alanların sayının artırılması, özünüməşğulluq proqramlarına cəlb edilən ailələrin əhatəsinin genişləndirilməsi, ictimai əsaslı iş yerlərinin yaradılması və digər sosial tədbirlər yüzminlərlə insanın sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda, sahibkarlara böyük vergi güzəştləri olundu, sosial sığorta ödənişlərində əhəmiyyətli azaltmalar tətbiq ediləcək. Bütün bunlar büdcəyə nəzərdə tutulan vergi və sosial ödənişlərin azalması deməkdir. 

Bəzi vətəndaşlar bu gün vəziyyətin hansı dərəcədə kritik olmasını anlamır, məsuliyyətsizlik edir, qaydlara riayət etmir, maska taxmır, sosial məsafəni gözləmir və s. Bir nəfərin sosial məsuliyyətsizliyi ümumilikdə dövlətin səhiyyə sisteminin, iqtisadi-sosial siyasətinin xeyli zəifləməsinə gətirib çıxarır. Bir vətəndaşım məsuliyyətsizliyi minlərlə insanın virusa yoluxmasına səbəb olmaqla yanaşı, ölkəmizin pandemiya ilə mübarizə tədbirlərinə də ciddi zərbə vurur, səhiyyənin imkanlarını məhdudlaşdırır,  dövlətin və cəmiyyətin ağır sosial və iqtisadi problemlərlə üzləşməsinə yol açır. 

Bir vətəndaşın məsuliyyətsizliyi dövlətin iqtisadi proqramlarını ləngidir. İqtisadiyyatımızım zəifləməsi dövlətin iqtisadi və sosial proqramlarının təxirə salınmasına səbəb olur. Büdcəmiz itkilərə məruz qalır. Vergi orqanları təkcə büdcəyə ödənilməsi olan 140 milyon manat vəsaiti itirəcək, halbuki ötən il vergi və gömrük orqanları plandan əlvaə 1,1 milyard manat büdcəyə pul ödəmişdi. 2020-ci ilin ilk rübündə də 300 milyon əlavə pul köçürülüb. Demək, pandemiyanın geniş yayılması büdcədə  vergi və gömrük ödənişlərinə də ciddi təsir edir. 

Bu, bir həqiqətdir ki, dövlət büdcəsinin imkanlarının azalması sosial sahədə nəzərdə tutulan əlavə tədbirləri görməyə imkan vermir. Dövlət hər il büdcənin imkanları artan zamanı ilk növbədə bu vəsaitləri sosial sahələrə yönəldir, pensiya, maaş, təqaüdlər artırılır, sosial yardımın əhatəsi genişləndirilir. 2019-cu ildə böyük inqilabi sosial paket gerçəkləşdi, şəhid ailələrinə birdəfəlik ödəmlər verildi, məvburi köçkünlərin soisla şəraiti yaxşıalşdırıldı, dollar kreditləri üzrə borcu olan on minlərlə vətəndaşın borcunu dövlət öz üzərinə götürdü. Ümumilikdə, 4 milyon insan ötən il bu sosial paketdən və proqramlardan faydalandı. Bu siyasət davamlı xarakter daşıyır və dövlətimizin maliyyə imkanları artdıqca qeyd edilən bütün sahələrə dövlətin diqqət və qayğısı artır. Sözsüz ki, 2020-ci ildə də bu tədbirlər davam etdirilir və hökumət yenidən maaş və pensiyaları, təqaüdləri, müavinətləri və digər sosial ödənişləri artırmağı nəzərdə tuturdu. .

Bu gün Azərbaycan güclü ordu quruculuğu istiqamətində uğurlu addımlar atır, büdcəmizin artan imkanları həm də ordumuzun maddi-texniki bazasının güclənməsi deməkdir. İqtisadiyyatımızın inkişafı Ordumuzun inkişafı deməkdir. İqtisadi imkanlarımızın yüksəlməsi hərbçilərimizin maddi və sosial şəraitlərinin daha da yaxşılaşmasına səbəb olur, onların mənzillərlə təmin edilməsi genişlənir. Eyni zamanda, şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına və əlillərə hər il dövlər tərəfindən pulsuz yüzlərlə mənzil, avtomobil verilir. Qaçqın və məcburi köçkünlər mənzillərlə təmin edilir. Bütün regionlarda yeni sosial obyektlər tikilir, yol və körpülər çəkilir, suvarma sistemləri yenidən qurulur, kənd təsərrüfatına diqqət daha da artırılır.  Bütün bunlar və digər tədbirlər dövlətimzin iqtisadi gücünün olması sayəsində mümkün olur. İqtisadiyyatımız gücləndikcə, bu proqramların əhatə dairəsi də genişlənir. İqtisadi imkanlar olmadıqda bu proqramları həyata keçirmək çətinliklər yaradır. 

Dövlət hazırda bütün maliyyə imkanlarını ilk növbədə, makroiqtisadi sabitliyin möhkəmlənməsinə, iqtisadiyyatın və biznesin qarşılaşdığı zərərlərin ödənilməsinə, əhalinin sosial rifahının və məşğulluğunun təmin edilməsinə yönəldir. Ancaq pandemiya bu planların bir qisminin vaxtında həyata keçirilməsinə mane olur, proqramları yubadır.

Hər bir vətəndaş milli təəssübkeşliyini, vətənpərvərliyini artırmalı, indiki vəziyyəti dərindən dərk etməlidir. Bir vətəndaşın laqeydliyi yüz, min, yüz min və nəhayət 10 milyon insanın həyatına təsir göstərir, dövlətin sosial və iqtisadi gücünə ciddi təsir edir. Ona görə də, bu gün  sosial məsuliyyəti, dövlət – vətəndaş birliyi daha da gücü olmalıdır. Bu bəlaya qarşı ictimai həmrəylik nə qədər güclü və davamlı olarsa daha yaxşı nəticələr əldə etmək mümkündür.