YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qaradağ təşkilatında Milli Qurtuluş günü qeyd olundu

YAP Qaradağ rayon təşkilatında 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş “Tarixi qayıdış” mövzusunda videokonfrans keçirildi.

    Videokonfransda YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək Ulu öndər Heydər Əliyevin müdrik siyasəti ilə xalqımıza bəxş etdiyi şanlı tarixi gün - Milli Qurtuluş günü barədə ətraflı danışdı. Qeyd etdi ki, 26 il əvvəl ölkəmiz parçalanaraq müstəqilliyini itirilmək təhlükəsi ilə üzləşəndə xalqın yekdil çarığışı ilə hakimiyyətə qayıdan Ümullimmi liderimiz Heydər Əliyev xalqımızın xilaskarlıq missiyasını öz üzərinə götürərək müstəqilliyimizi qorumaqla respublikamızda dinamik inkişafın təməlini qoydu. Azərbaycan qarşılaşdığı bütün çətinliklərdən qurtuldu və bu gün tariximizə qızıl hərflərlə yazılan Milli Qurtuluş günü kimi düşdü. Məhz bu gündən başlayaraq    Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli rəhbərliyi nəticəsində xalqımızın azadlıq arzuları əbədiləşdirdi. Azərbaycan dünya birliyində rolunu artırmaqla yeni bir inkişaf strategiyasına qədəm qoydu. Bütün sahələr üzrə həyata keçirilən məqsədyönlü layihələr nəticəsində milli dövlətçiliyimiz möhkəmləndi, ölkəmiz inkişaf etdi, beynəlxalq əlaqələrimiz genişləndi, xalqımızın rifah halı durmadan yaxşılaşdı.

Qeyd olundu ki, Ümummilli lider Heydər Əliyevin sağlam təməllər üzərində müəyyənləşdirdiyi müdrik siyasətin partiyamızın sədri, Möhtərəm Prezidentimiz İlham Əliyev   tərəfindən uğurla davam etdirilməsi və bu inkişafa  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın öz dəyərli töhfələrini verməsi nəticəsində respublikamız durmadan inkişaf etməklə dünya birliyində  söz sahibi olan dövlətlərdən birinə çevrilib.

Videokonfransda fəal iştirak etdiyinə görə 72 partiya üzvünün hər birinə dərin təşəkkürünü bildirən A.Hüseynov onları tarixi gün münasibətilə təbrik edərək uğurlar arzuladı.    

Videokonfransda çıxış edən rayon təşkilatının sədr müavini, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 1993-cü il 15 iyun tarixini qayıdış günü kimi qiymətləndirdi. Qeyd etdi ki, məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Heydər Əliyevin yorulmaz və titanik fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter aldı, hüquqi, demokratik və  dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldü.

Videokonfransda təşkilatın İdarə Heyətinin üzvü, "91-lər"in nümayəndəsi, rayon icra hakimiyyətinin şöbə müdiri Munis Bayramov, Şura üzvlərindən Elnur Bağırov, Nəzakət Məmmədova, təşkilatın Gənclər Birliyinin sədri Seyidməmməd Məmmədzadə, Taleh Quliyev, Əlizamin Məmmədov və başqaları çıxış edərək bildirilər ki, məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi dövlətimizin iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmlənir, xalqımızın arzuları reallaşır və sosial rifahı günbəgün yaxşılaşır.