YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Əhalinin sağlamlığı dövlət siyasətinin əsasını təşkil edir

Dünyamızı hazırlıqsız yaxalayan koronovirus pandemiyasına qarşı mübarizədə Azərbaycan vəziyyəti tam nəzarətdə saxlaya bildi. Prezident İlham Əliyevin COVİD -19 pandemiyasına qarşı müəyyən etdiyi mübarizə strategiyası sayəsində ölkəmiz bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısında yer aldı.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, koronavirus xəstələrini müalicə etmək üçün " Yeni klinika”nın, ən qabaqcıl xəstəxanaların ayrılması, qısa müddət ərzində 4 modul tipli xəstəxananın istifadəyə hazır olması, ayın sonuna qədər bu sayın 10 – a çatdırılmasının nəzərdə tutulması, yeni laboratoriyaların alınması, tibbi maskalar, dezinfeksiya məhsulları istehsal edən sənaye müəssisələrinin fəaliyyətə başlaması... Sadalamaqla qurtarmayan bu qəbildən olan işlərin görülməsi bir daha göstərdi ki, vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi dövlət başçısı üçün prioritet təşkil edir.

Prezident İlham Əliyev hər addımında, verdiyi hər qərarda, imzaladığı hər sərəncamda hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiq edib. Azərbaycan vətəndaşı çətinə, dara düşəndə ilk yanında Prezidentini onunla çiyin-çiyinə dayanmış gördü. Ölkə Başçısı qərbdən şərqə, cənubdan şimala doğma diyarı qarış-qarış gəzərək, vətəndaşların güzəranı ilə maraqlanıb, problemlərinin həlli ilə bağlı göstəriş və tövsiyələrini verib.

Məhz bunun üçün Azərbaycan vətəndaşının sözdə, fikirdə, əməldə xalqı ilə birlikdə olan liderlərinə - Prezident İlham Əliyevə olan inamı, güvəni günü-gündən artır. Azərbaycan vətəndaşı koronavirus infeksiyasının bəşəriyyəti sınağa çəkdiyi bu ağır günlərdə də dövlət başçısının onların sağlamlıqları, təhlükəsizlikləri üçün atdığı zəruri addımları alqışlarla qarşılyırlar.

İyunun 9-da Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışı da bu sahədə görülən işlərin daha bir bariz nümunəsidir. Modul tipli xəstəxananın açılışında "Mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub. Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik”,- deyən ölkə başçısı İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycanda vətəndaş amili hər zaman ön planda tutulur.

Bu çətin şəraitdə maddi – mənəvi öz resurslarına söykənən Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Modul tipli xəstəxanaların yaradılmasında əsas məqsədlərdən biri də koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni, vətəndaşların sağlamlığını və təhlükəsizliyini təmin etmək etməkdir.

 

 

 

DİGƏR Xəbərlər Arxiv