YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: "Onlar törətdikləri hərəkətləri və əməlləri ilə özlərini Yeni Azərbaycan Partiyasından kənarda qoyublar” (VİDEO)


“Məmur üçün ədalət anlayışının vacib parametrlərindən biri ona göstərilən etimadı layiqincə doğrultmaqdan, xalqına və ya rəhbərlik etdiyi rayona sədaqətlə, ləyaqətlə xidmət etməkdən ibarətdir. Əgər məmur ona göstərilən etimadı pozursa, xalqına ləyaqətlə xidmət etməkdən ibarət olan vəzifəsini lazımınca icra edə bilmirsə, nəticə etibari ilə bir tərəfdən o insanlara da xəyanət etmiş olursa, hesab edirəm ki, onlar haqqında ciddi ölçülərin götürülməsi tamamilə qanuna uyğundur”
"Yeni Tv"-nin məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası sədrinin müavini - İcra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, həbs edilən icra başçılarının YAP-ın üzvü olması faktı məyusluq doğurur: “İnsanlara lazımı xidməti göstərə bilməyiblər. Vəzifə borclarını icra edə bilməyiblər və bunların əvəzində tamamilə xoşagəlməyən, cinayətə gətirib çıxaran hallara yol veriblər. Vətəninə, dövlətinə ləyaqətlə xidmət etməyənlər və xəyanət edənlər cəzasını alacaqlar. Necə ki, 5 rayonun icra başçısı cəzalarını alırlar. Güman edirəm ki, məhkəmədə onların cəza alması üçün kifayət qədər əsasların olduğu sübuta yetiriləcək.
Yeni Azərbaycan Partiyası çalışır ki, özünü bu kimi xoşagəlməz xasiyyətləri olan insanlardan xilas etsin. Amma təəsssüf ki, partiya sıralarında bu cür insanlar var. Bu, bizim üçün də siqnal olmalıdır”.
YAP sədrinin müavini qeyd edib ki, partiya üzvü olan icra başçıları ilə bağlı məhkəmə hökmündən sonra lazımı qərar qəbul ediləcək: “Amma indidən onlar öz törətdikləri hərəkətləri və əməlləri ilə özlərini Yeni Azərbaycan Partiyasından kənarda qoyublar”.