YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyəli ekspert: Prezident İlham Əliyevin qətiyyətli mövqeyi Azərbaycanın dünyada nüfuzunu daha da artırır

Prezident İlham Əliyevin COVID-19 pandemiyasına qarşı mübarizədə sərgilədiyi qətiyyətli mövqe Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da artırır. Dövlət başçısının təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa qarşı birgə mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda keçirilən Zirvə görüşü bir daha göstərdi ki, qardaş ölkə bəşəri dəyərlərin qorunmasına nə qədər böyük önəm verir.

Bu fikirləri türkiyəli yazıçı, sosial elmlər üzrə ekspert Mətin Yıldırım söyləyib.

Qoşulmama Hərəkatının 120 ölkənin təmsilçiliyi ilə BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olduğunu xatırladan ekspert deyib: “Yaxın tariximizdəki beynəlxalq proseslərə səthi nəzər saldıqda görürük ki, Azərbaycan bütün şəraitlərdə yenilik etməyi, beynəlxalq ictimaiyyət üçün fayda verən çağırışlar səsləndirməyi və dünya birliyinə qəbul etdirməyi bacaran bir dövlətdir. Qoşulmama Hərəkatına sədrlik Azərbaycan üçün tarixi bir fürsətdir. Prezident İlham Əliyev bütün dünyanı cənginə alan yeni növ koronavirusla birgə mübarizə məqsədilə Qoşulmama Hərəkatının üzv dövlətlərini bir ayara gətirməyə nail olmaqla bir daha göstərdi ki, Azərbaycanın təşəbbüs və çağırışları hər zaman xoşməramlı olduğu üçün sülhsevər dünya ictimaiyyətindən dəstək qazana bilir”.

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzunun artacağına, beynəlxalq aləmdə oynadığı rolun daha dinamik olacağına əminliyini ifadə edən M.Yıldırım deyib ki, liderin beynəlxalq aləmdəki nüfuzu ölkənin mövqelərini birbaşa müəyyən edən amildir. Prezident İlham Əliyevin dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların rəhbərləri ilə yüksək səviyyəli münasibətləri mayın 4-də "COVID-19-a qarşı birlikdəyik" mövzusunda keçirilən Zirvə görüşündə bir daha özünü göstərdi. Proseslər deməyə əsas verir ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrli dövründə təşkilatın qəbul etdiyi qərarlar regionumuz və ümumilikdə dünya üçün faydalı nəticələr verəcək.