YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Heydər Əliyev üçün cəmiyyətdə hər bir vətəndaşın bərabərliyi həmişə mühüm əhəmiyyət kəsb edib

Azərbaycan Respublikasının Baş nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və yeni cəmiyyət modeli” mövzusunda konfransda cıxış edərkən qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev yeni cəmiyyət modelini formalaşdırarkən, həmçinin, xüsusilə  sosial ədalət prinsipinə istinad edib. Onun sözlərinə görə, Ümummilli liderimiz üçün sosial ədalət təkcə insanların təminat sistemi ilə bağlı olmayıb: «Onun dünyagörüşündə sosial ədalət prinsipi bir az da geniş çevrə əhatə edibdir. Bu da ondan ibarətdir ki, vətəndlaşların  qanun qarşısında bərabərliyi təmin edilməlidir. Heydər Əliyev üçün cəmiyyətdə hər bir vətəndaşın bərabərliyi həmişə mühüm əhəmiyyət kəsb edib. Bir insan üçün məqbul olmayan bir məsələnin digər insana məqbul sayılması Heydər Əliyevin dünyagörüşünə sığmırdı. Yaxud, birinə qadağan olunan bir şeyin digərinə icazə verilməsi Heydər Əliyev dünyagörüşünə və ya sosial ədalət prinsipinə uyğun gəlmirdi. Qanunun  aliliyi, hər bir vətəndaşın qanun qarşısında bərabər olmasının təmin edilməsi Heydər Əliyev üçün daim önəm kəsb etmişdir». 

Baş nazirin müavini qeyd edib ki, Heydər Əliyev siyasəti nəticəsində Azərbaycan yeni cəmiyyət modelinə sahib oldu. Bu elə bir cəmiyyətdir ki, insanlar rahat yaşaya bilirlər, təminat sistemi dövlət rəhbərliyinin daim diqqət mərkəzindədir. Vətəndaş üçün bərabər şəraitin yaradılması ən ümdə vəzifələrdən biridir. Bu amillər Prezident  İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərini təşkil edir. Bütün bunlar isə uğurlarımız üçün ciddi əsaslara çevrilib»- deyə, YAP Sədrinin müavini vurğulayıb.