YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın və Səudiyyə Ərəbistanının Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Faisal bin Farhan Al Saud ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tərəflər ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin hazırkı durumu, habelə əməkdaşlığın gündəliyində duran bir sıra aktual məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı Səudiyyə Ərəbistanı və Azərbaycan arasında bərpa olunan enerji, turizm və digər sahələrində əməkdaşlıq məsələlərinə toxunulub və ümumdünya sağlamlıq böhranı bitdikdən sonra bu istiqamətdə səylərin daha da artırılmasının əhəmiyyəti nazirlər tərəfindən vurğulanıb.

Söhbət zamanı nazirlər Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə cari il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş Zirvə görüşünün keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyətini qeyd ediblər.