YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada MDB İqtisadi Şurası yanında İqtisadi Məsələlər Komissiyasının iclası keçiriləcək

Yanvarın 21-də Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurası yanında İqtisadi Məsələlər Komissiyasının iclası keçiriləcək.
İclasın gündəliyinə beş məsələ daxil edilib. Komissiyanın üzvləri MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası İnnovasiya Əməkdaşlığı Proqramının və Dövlətlərarası İnnovasiya Əməkdaşlığı Proqramının 2012-2014-cü illərdə həyata keçirilməsinə dair kompleks tədbirlərin 2014-cü ildə icrasının gedişatını; Dövlətlərarası İnnovasiya Əməkdaşlığı Proqramının 2020-ci ilədək dövr ərzində həyata keçirilməsi üzrə 2015-2016-cı illər üçün tədbirlər kompleksini, MDB ölkələrinin 2015-ci ildə ən əhəmiyyətli məhsul növlərinin istehsalı, istehlakı, idxalı və ixracı proqnozunu; MDB İqtisadi Şurasının 65-ci iclasının tarixini və gündəliyinin layihəsini müzakirə edəcəklər.

 

DİGƏR Xəbərlər Arxiv