YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İmişli rayon təşkilatının təşəbbüsü ilə imkansız ailələrə ərzaq yardımı göstərilir

Dünyanı bürüyən koronavirus (COVİD-19) epidemiyasına yoluxma riskinin azaldılması və xalqımızın sağlamlığı naminə ölkə Prezidenti cənab İlham Əliyevin çağırışına qoşulan İmişli rayonu da koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejmi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!”  kampaniyası çərçivəsində müxtəlif xeyriyyə tədbirləri həyata keçirilir.

Həyata keçirilən tədbirlər çərçivəsində İmişli rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatı tərəfindən 18 aprel tarixində rayonda yaşayan 500 aztəminatlı, yaşlı və tənha insanlara qayğı göstərilib. Partiyanın könüllülərindən ibarət qrup tədbirdə iştirak edərək imkansız ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar verməklə onların koronavirusdan qorunması məqsədilə maarifləndirici söhbətlər də aparıblar.

Ərzaq bağlaması alan şəxslər onları daim diqqətdə saxlayan və hər zaman yanlarında olan ölkə Prezidentinə təşəkkürlərini bildiriblər. Qeyd edilib ki, bu işlər davamlı olaraq aparılacaq.

DİGƏR Xəbərlər Arxiv