YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Namiq Əhmədov: Yerli özünüidarəetmə orqanları ölkəmizin sosial-iqtisadi inkişafında yaxından iştirak edir

«Yerli özünüidarəetmə orqanları ölkəmizin sosial-iqtisadi inkişafında yaxından iştirak edir». Bu fikri YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov deyib.

N.Əhmədov bildirib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı mükəmməl qanunvericilik bazası mövcuddur. Onun sözlərinə görə, ildən ilə bələdiyyələrin fəaliyyəti təkmilləşdirilir.

«Təbii ki, bu amil bələdiyyələrin tərkibində də özünü göstərir. Belə ki, bələdiyyə üzvülyünə namizədlərin arasında peşəkar mütəxəssislər, ali təhsillilər, gənclər və qadınlar üstünlük təşkil edir. Fikrimcə, qarşıdan gələn bələdiyə seçkilərində indiki tərkiblə müqayisədə daha üstün nətiəcələr əldə olunacaq. Ümumiyyətlə, YAP çox uğurlu seçki kampaniyası aparır.  Partiyamız özündə xalqın inamını və iqtidarla vəhdətini əks etdirir. Əlbəttə, bu proses bir daha sübut edir ki, partiyanın istənilən seçkilərdə qələbə qazanmasının əsas meyarı xalqın ona olan inamıdır. Bu mənada inanıram ki, biz seçkilərdə böyük qələbə qazanacağıq»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.