YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir.

Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin çağırışına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara partiyanın könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə tənhalara, ahıl vətəndaşlara yardım paylayır, onlara sosial xidmətlər göstərirlər.

YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri ahılların mənzillərində olur, gündəlik lazım olan ərzaq və tibbi vasitələrini onlara təqdim edirlər.

Qeyd edək ki, aksiya cərçivəsində YAP-ın könüllüləri ƏƏSMN-nin sosial işçiləri ilə birgə martın 30 da 200 ailədə olub, 65 yaşdan yuxarı tənha yaşayan sakinlərə yardımlar edib, onlara sosial xidmət göstəriblər.

Xatırladaq ki, aksiyanın məqsədi əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.

DİGƏR Xəbərlər Arxiv