YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: MM-ə keçirilən seçkilərin nəticələrinin ortaya qoyduğu mühüm həqiqət insanlarımızın Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və yenidənqurma kursunu dəstəkləməsində ifadə olunur

“Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin nəticələrini təsdiq etdi. Seçkilərdə uğur qazanıb Milli Məclisə seçilən bütün millət vəkillərini təbrik edirəm. Bu seçkilərdə Yeni Azərbaycan Partiyasının 70 nümayəndəsinin parlamentdə təmsil olunması hüququ qazanması hər şeydən əvvəl seçicilərin Prezident İlham Əliyevə, onun həyata keçirdiyi siyasətə dərin inamının ifadəsi kimi qiymətləndirilməlidir.” Bu fikirlər Baş nazirin müavini, YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədovun özünün rəsmi facebook səhifəsində bu gün Konstitusiya Məhkəməsinin Milli Məclisə seçkilərin nəticələrini təsdiq etməsi barədə qərarı ilə bağlı paylaşımında yer almışdır.

Əli Əhmədov qeyd etmişdir ki, Milli Məclisə keçirilən seçkilərin nəticələrinin ortaya qoyduğu digər mühüm həqiqət insanlarımızın Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və yenidənqurma kursunu dəstəkləməsində ifadə olunur. İnanıram ki, artıq yeni tərkibdə fəaliyyətə başlayacaq parlament ölkəmizdə uğurla həyata keçirilən islahatların tərkib hissəsi olacaq.

“Parlament seçkilərinin qeyd edilməli digər nəticəsi “boykotçuların” ağır məğlubiyyətə uğraması hesab oluna bilər. Radikalların xalqdan heç bir dəstək ala bilməməsi cəmiyyətimizdə radikalizmə yer olmadığını bir daha təsdiq etdi. Bu günlərdə fəaliyyətə başlayacaq Milli Məclisə Azərbaycanın inkişafı və yüksəlişi naminə böyük uğurlar arzulayıram.” – deyə, Əli Əhmədov qeyd etmişdir.