YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Gündüz İsmayılov: Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri dini etiqadlarını sərbəst şəkildə həyata keçirirlər

“Ölkəmiz Şərqlə Qərbin, müxtəlif dinlərin qovuşduğu məkanda yerləşir. Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri yaşayır və dini etiqadlarını sərbəst şəkildə həyata keçirirlər”. Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

G.İsmayılov bildirib ki, dünyada dini zəmində baş verən proseslər hamıya bəllidir. Onun sözlərinə görə, bir çox yaxın ölkələrdə müxtəlif cərəyanlar hökm sürur. Ətrafda baş verən proseslərə rəğmən dini sabitliyi qoruyub saxlamaq olduqca çətin və ağırdır. Bu nailiyyət müvafiq qurumların fəaliyyəti ilə yanaşı, xalqımızın malik olduğu yüksək tolerantlıq, Vətənə və dövlətə bağlılığın nəticəsidir.

“Respublikamızda mövcud olan dini etiqad azadlığı insanpərvərlik prinsiplərinə zidd olmayan dinlərin və dini cərəyanların ölkəmizdə sərbəst fəaliyyətinə zəmanət verir. Lakin bu prinsiplərdən kənara çıxan əqidələrin ölkəmizə ayaq açması yolverilməzdir. DQİDK-nın sədr müavini deyib ki, dini sabitliyin qorunub saxlanılmasında maarifləndirmə faktoru önəmli rol oynayır”-deyə, Komitə sədrinin müavini qeyd edib.

DİGƏR Xəbərlər Arxiv