YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Orxan Məmmədov: KOBİA futbol üzrə 2020-ci il Avropa çempionatında sahibkarlara dəstək göstərəcək

“Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) futbol üzrə 2020-ci il Avropa çempionatında sahibkarlara dəstək göstərəcək”. Bu fikri KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədov  bildirib ki, turnirin keçirildiyi müddətdə turizm sahəsi aktiv fəaliyyət göstərəcək və bununla əlaqədar olaraq kiçik və orta biznesin bu istiqamətdə fəaliyyətini genişləndirmək lazımdır: "Bizə qonşu Türkiyədən, eləcə də İsveçrə və Uelsdən qonaqlar gələcək. Bütün dünya Türkiyə azarkeşlərini tanyır. Uelslilər də britaniyalı olduqları üçün öz fanatizmləri ilə məşhurdur. Onların sayının çox olacağı gözlənilir. İsveçrə də öz azarkeşləri ilə tanınır".

Onun sözlərinə görə, bu yarış çərçivəsidə AFFA UEFA ilə birgə fan-zona açacaq. Qeyd edib ki, bu fan-zonalar oyunların keçirilməsindən bir neçə gün əvvəl fəaliyyətə başlayacaq və mövsümün sonunadək fəaliyyət göstərəcək, KOBİA öz növbəsində kiçik və orta biznesin bu istiqamətdə zəruri dəstəyini təmin edəcək: "Matçların keçiriləcəyi Bakı Olimpiya Stadionunun özündə kiçik və orta biznes təmsilçilərinin daimi fəaliyyəti üçün bütün şərait yaradılacaq".

 

DİGƏR Xəbərlər Arxiv