YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyevin xatirəsi Almatıda yad edilib

Azərbaycanın Qazaxıstandakı səfirliyi Almatıda ulu öndər Heydər Əliyevin xatirəsinin anma günü ilə əlaqədar tədbir təşkil edib.
Tədbirdə bütün türk dünyasının dahi şəxsiyyəti, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun dünya siyasətindəki xüsusi yeri, ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlıların birliyi naminə atdığı addımlar haqqında söhbət açılıb. Heydər Əliyevin nadir tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu və xilaskarı olduğu bildirilib.
Çıxış edənlər Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması ilə Azərbaycanı böyük bəlalardan xilas etməsi, onun şəxsi keyfiyyətləri, biliyi, cəsarəti, uzaqgörənliyi və xalqımız qarşısındakı mühüm xidmətləri barədə danışıblar. Bu gün Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
 

DİGƏR Xəbərlər Arxiv