YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Nəsib Məhəməliyev seçicilərlə növbəti görüşlərini keçirib

9 fevral tarixində Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 109 saylı Balakən seçki dairəsi üzrə namizədi Nəsib Məhəməliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir. Növbəti belə görüş rayonun Meşəşambul kəndində keçirilib. Görüşdə çıxış edən namizədin vəkili Rəşid Musayev Azərbaycanda ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin və icra olunan Dövlət proqramlarının uğurları barədə geniş məlumat verərək bildirib ki, son illərdə görülən məqsədyönlü tədbirlər nəticəsində Balakəndə də əsaslı uğurlar qazanılıb.

YAP-ın namizədi Nəsib Məhəməliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə reallaşdırılan islahatların ən müxtəlif sahələrdə böyük inkişaf göstəriciləri ilə müşayiət olunduğunu xatırladıb. O deyib ki, Azərbaycan dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib. Azərbaycan bu gün beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş, sözünə etimad olunan güclü dövlət kimi qəbul olunur.
Nəsib Məhəməliyev Balakən seçicilərini hər zaman olduğu kimi, bu seçkilərdə də fəal iştirak etməyə, seçkilərə daha güclü Azərbaycan naminə şüarı ilə qatılan YAP-ın namizədinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər - Ramazan Xutrayev, Hacı Osmanov, Sabir Qazaxov, Rövşən Ömərov və digərləri Nəsib Məhəməliyevin ötən müddət ərzində hər zaman seçicilərinin yanında olduğunu, onların problem və qayğılarına həssaslıqla yanaşdığını vurğulayaraq 9 fevralda da məhz YAP-ın namizədinə səs verəcəklərini bəyan ediblər.
Daha sonra Nəsib Məhəməliyev rayonun Şambul kəndində də seçicilərlə görüşüb, onların problem və qayğıları ilə maraqlanıb, kənd sakinlərini parlament seçkilərində fəal iştirak etməyə çağırıb. Görüşdə çıxış edən seçicilər - Xanım Zurnayeva, Aqil Kalayev, Umuksu Qurahilova, Məhəmməd Horcolov və digərləri Nəsib Məhəməliyevin fəaliyyətinə yüksək qiymət verərək ona dəstəklərini ifadə ediblər.