YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingəçevir şəhərində səsvermə prosesi seçki qanunvericiliyinə uyğun şəkildə davam edir

23 dekabrda ölkəmizdə keçirilən bələdiyyə seçkiləriləri ilə bağlı səsvermə prosesi  Mingəçevir şəhərində uğurla davam edir.

YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov bildirib ki, şəhər üzrə iki seçki dairəsi mövcuddur. Belə ki, 47 saylı Mingəçevir seçki dairəsi üzrə 30 məntəqə və  37 min 732 seçici, 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi üzrə isə Mingəçevirə aid 12 məntəqə və  12 min 675 seçici var.

C.Yusubovun sözlərinə görə, hazırda seçici aktivliyi normaldır. Seçicilər məntəqələrə gələrək istədikləri namizədə səs verirlər. Təşkilat sədri söyləyib ki, səsvermə zamanı hər hansı qanun pozuntusu haqda məlumat yoxudr: “Hər seçki məntəqəsində partiyamız tərəfindən müşahidəçilər təyin olunub və onlar səsvermənin gedişi haqqında operativ məlumat verirlər. İndiyə qədər hər hansı qanun pozuntusu qeydə alınmayıb”.

C.Yusubov, səsvermənin qanunvericiliyə uyğun şəkildə  davam etdiyini diqqətə çatdırıb.