YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sumqayıt şəhərində bələdiyyə seçkisi seçici fəallığı şəraitində davam edir

Sumqayıt şəhərində bələdiyyə seçkiləri uğurla davam edir. 41 saylı Sumqayıt birinci Seçki Dairəsinin 1 saylı məntəqəsində proses olduqca şəffaf təşkil olunub. Məntəqədə vətəndaşlara azad şəkildə səs vermək üçün hər bir şərait yaradılıb. Seçkini müşahidə edən siyasi partiyaların nümayəndələri də bildiriblər ki, seçki prosesinə heç bir kənar müdaxilə edilməyib və qanundan kənar addımlar atılmayıb. Məntəqə Seçki Komissiyasının (MnSK) sədri Mehdi Ağayev bildirib ki, seçici aktivliyi kifayət qədər yüksəkdir. Müşahidəçi qismində seçkini izləyən Nuranə Zeynalova və Şakir Adıgözəlov bildirib ki, seçki azad və ədalətli şəraitdə keçir. MnSK üzvü Akif Cabbarov qeyd edib ki, seçicilərin azad şəkildə səs verməsi üçün bütün şərait yaradalıb.

42 saylı Sumqayıt ikinci Seçki dairəsinin 32 saylı seçki məntəqəsində də bələdiyyə seçkiləri uğurla davam edir. MnSK sədri Adilə Süleymanova seçicilər azad şəkildə səsvermədə iştirak edib öz namizədlərinə səs verirlər. O, insanların fəallığını xüsusilə vurğulayıb. Seçkilərin gedişini izləyən ADİP-dən olan müşahidəçi Vəfa Hüseynli, BAXCP-dən olan müşahidəçi Vüsalə Əhmədova, və YAP-dan olan müşahidəçi Sadiq Məmmədov qeyd ediblər ki, gün ərzində yüksək seçici fəallığı müşahidə edilib və seçkeilərin gedişinə heç bir müdaxilə olunmayıb.

43 saylı Sumqayıt üçüncü Seçki dairəsinin 2 saylı seçki məntəqəsində də səsvermənin gedişi qanunvericiliyə uyğun təşkil olunub. MnSK sədri Maya Abdulova bildirib ki, gün ərzində yüksək seçici fəallığı nümayiş etdirilib və vətəndaşlar sərbəst şəkildə öz seçimlərini ediblər. Həmin seçki məntəqəsinin MnSK üzvü Ülkər Rzayeva, Gülnarə Ağayeva seçicilərin azad, şəffaf və ədalətli şəkildə bələdiyyə üzvləri seçmək üçün şərait yaradıldığını deyiblər.