YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva:Prezidentin kadr islahatlarının davam etdirilməsi ilə bağlı verdiyi tapşırıqlar aktualdır

Azərbaycan iqtisadi potensialı kifayət qədər böyük olan ölkədir. Ancaq yalnız iqtisadi potensiala arxayın olmaqla respublikanın perspektiv inkişafını təmin etmək mümkün deyil. İnkişafın ardıcıllığının təmin olunması böyük dərəcədə idarəetmə mexanizminin optimal qurulmasından, kadrların düzgün seçilib yerləşdirilməsindən asılıdır. Respublikamızda carı ilin əvvəlindən daha aktiv fazaya daxil olan institusional islahatlar da məhz idarəetmədə səmərəliliyi və çevikliyi artırmağa hesablanır.
Bunu Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.
Onun sözlərinə görə 2019-cu ilin əvvəlindən Azərbaycan respublikasının prezidenti İlham Əliyev tərəfindən struktur islahatlar ilə bağlı mühüm qərarlar qəbul edilib.
Bu istiqamətdə işlər daha aktiv fazaya daxil olub. Ardıcıllıqla aparılan struktur islahatlar dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur.
"Nəzarə alsaq ki, zaman dəyişir və hər dövr qarşıya yeni tələblər, yeni çağırışlar qoyur, Azərbaycan dövləti də öz siyasətini məhz zamanın dəyişən tələblərinə uyğun qurur. Dövlətimizin başçısı ölkəmizin bundan sonraki inkişaf perspektivləri ilə bağlı qarşıda yeni mühüm vəzifələr durduğunu bildirib. Respublikamızın indiyə qədərki inkişafından, qazanılan uğurlardan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev eyni zamanda, imkanların daha geniş olduğunu nəzərə çatdırıb. Dövlət başçısı bütün sahələrdə şəffaflığın təmin edilməsi, neqativ halların aradan qaldırılması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, kadr islahatlarının davam etdirilməsi, gənclərin yüksək vəzifələrə irəli çəkilməsi ilə bağlı verdiyi tapşırıqlar xüsusilə aktualdır"- deyə K.Əliyeva əlavə edib.