YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Bələdiyyə seçkiləri ilə bağlı Pirallahıda seçicilərlə görüş keçirilib

23 dekabr 2019-cu il tarixdə ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində Pirallahı rayonu Çilov qəsəbəsində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslərin seçicilərlə görüşü keçirilib. Görüşü giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov rayon təşkilatı tərəfindən görülən işlər barədə məlumat verib, qarşıdan gələn bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb, eyni zamanda, ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq, gənclərin idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakının artdığını bildirib.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında Azərbaycanda ötən dövr ərzində bələdiyyə institutunun formalaşdığını və bu seçki prosesində də gənclərin rolunun əvəzsiz olduğunu qeyd edib. Seymur Orucov qarşıdan gələn bələdiyyə seçkilərində gənc və xanım namizədlərin say çoxluğunun iş prosesinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib və bütün namizədlərə uğurlar arzulayıb.

Daha sonra Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı gənclər birliyinin sədri Rüfət Əhmədov çıxış edərək, respublikamızda dövlət-gənclər siyasəti, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələrin ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, bunun nəticəsi olaraq, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də layiqli gənc namizədlərin sayının kifayət qədər çox olduğunu və bu yöndə YAP Pirallahı rayon təşkilatı gənclər birliyinin də yaxından iştirak etdiklərini bildirib. Tədbirdə partiya fəalı Tosif Mahmudov və bələdiyyə üzvlüyünə namizədlərdən Məmləkət Qaraçobanova, Amil Məmmədov Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını və partiyanın Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verdiyini vurğulayıblar.