YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Azərbaycanda həyata keçirilən islahatlara uyğun parlament formalaşacaq

“Milli Məclisin deputatlarının parlamentin buraxılması ilə bağlı müraciəti ölkədə aparılan islahatların davamıdır. Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin həyata keçirdiyi işlərə uyğun addım atır”. Bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, yaxın gələcəkdə ölkədə həyata keçirilən islahatlara uyğun, aktiv parlament formalaşacaq: “Ümid edirik ki, Prezident İlham Əliyev müraciəti müsbət qarşılayacaq, parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin elan olunması ilə bağlı qərar verəcək. YAP Siyasi Şurasının məlum qərarı aparılan islahatlara tam uyğundur”.

Milli Məclisin deputatı növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müxalifətin mövqeyinə də münasibət bildirib: “Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş yubiley mərasimində söylədiyi nitqində ölkədə sağlam müxalifətin olmamasını qeyd etdi. Azərbaycanda sağlam müxalifət yoxdur, ayrı-ayrı küçə adamlarından ibarət dəstələr var. Onlar da şər-böhtan kampaniyasını aparırlar. AXCP sədri Əli Kərimli deyir ki, növbədənkənar parlament seçkiləri qış aylarına təsadüf edir. Seçkilərin qışda, yayda, payızda, yazda olmasının nə fərqi var ki? Seçkilər bu mövsümlərdən birinə düşməlidir. Fəsillərin parlament seçkilərinin keçirilməsinə nə təsiri ola bilər ki? Onsuz da xalq radikal müxalifəti dəstəkləmir. Seçkilərin hansı fəsilə düşəcəyi müzakirə mövzusu deyil, bunu normal adam dilə gətirməz. Bu səbədən də, radikal müxalifətin iddialarına əhəmiyyət verməklazım deyil”.

DİGƏR Xəbərlər Arxiv