Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/8eaeb6503af229c9e81bd2770a22e333.jpg&w=360)
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gəlib.
Aşqabad beynəlxalq hava limanında Prezident İlham Əliyevi MDB İcraiyyə Komitəsinin sədri-icra katibi aparatının rəhbəri Sergey Burutin, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Esenmurad Orazgeldiyev və digər yüksək vəzifəli şəxslər qarşıladılar.