Xəbərlər
Dağlıq Qarabağda azərbaycanlı girovlar üzərində qurulan “məhkəmə” qanuni hesab edilə bilməz
Dağlıq Qarabağda azərbaycanlı girovlar üzərində qurulan “məhkəmə” qanuni hesab edilə bilməz.
Bunu ATƏT Parlament Assambleyasının vitse-prezidenti Georgi Sereteli deyib. G.Sereteli bildirib: “BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktını nəzərə alaraq deyə bilərik ki, keçirilən “məhkəmə” qanunsuzdur”.
Girovlarla bağlı məsələnin hələ ATƏT Parlament Assambleyasında müzakirə edilmədiyini deyən G.Sereteli vurğulayıb ki, bu, beynəlxalq prinsiplərə və qanuna uyğun bir proses olmalıdır.