YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“XIII Qlobal Bakı Forumu: fikir ayrılığından sülhə və inkişafa doğru”

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Qırıqlı kənd ərazi partiya təşkilatında “XIII Qlobal Bakı Forumu: fikir ayrılığından sülhə və inkişafa doğru” mövzusunda tədbir təşkil olunub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev müstəqil Azərbaycanın son dövrlərdə keçdiyi inkişaf yolundan və əldə etdiyi uğurlardan danışıb. O, XIII Qlobal Bakı Forumunun ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, Prezident İlham Əliyevin dövlət və xalq qarşısındakı xidmətlərindən danışıb, həyata keçirilən siyasətin dövlətçiliyin möhkəmlənməsinə və vətəndaşların rifahına xidmət etdiyini qeyd edib.

Vüqar İsayev  Azərbaycanın hərbi-siyasi mərhələdə ərazi bütövlüyü və suverenliyini bərpa etməsindən, regionda sülh gündəliyini irəli sürməsindən və qlobal dəyişikliklər fonunda Azərbaycanın sülh və təhlükəsizlik modeli formalaşdırmasından ətraflı bəhs edib.

Tədbirdə partiya fəalı Xəyalə Quliyeva, ərazi partiya təşkilatının sədri Elçin Əliyev, partiya fəalları Sahibə Vəliyeva və digərləri Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın gücünün, qüdrətinin və beynəlxalq nüfuzunun artdığını vurğulayıblar.

Sonda təşkilati məsələlərə baxılıb və İsmayılov Habil Nadir oğlu ərazi partiya təşkilatının sədr müavini seçilib.