YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamal rayonunda “Yazın nəfəsi” adlı rəsm sərgisi keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Beynəlxalq Qalereya və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyi birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Yazın nəfəsi” adlı rəsm sərgisi keçirilib.

Sərgidə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Beynəlxalq Qalereyanın direktoru və layihə rəhbəri Elnurə İsgəndərova, “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Ayaz İsgəndərov, YAP Yasamal rayon təşkilatının və Beynəlxalq Qalereyanın əməkdaşları, media nümayəndələri, müxtəlif yaş qruplarından olan rəssamlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sərgidə müxtəlif yaş qrupundan olan rəssamların əsərləri təqdim olunub. Nümayiş olunan tablolar müxtəlif üslub və mövzularda hazırlanmış, baharın gəlişi, təbiətin oyanışı və Novruz bayramının qədim adət-ənənələri yüksək bədii ustalıqla təsvir olunmuşdur. Rəssamların əsərlərində səməni, tonqal, bayram süfrəsi və xalqımızın əsrlər boyu yaşatdığı milli dəyərlər rənglərin harmoniyası ilə təqdim edilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında bildirib ki, Novruz bayramı münasibətilə təşkil olunan sərgi milli-mənəvi dəyərlərimizin və zəngin mədəni irsimizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına xüsusi diqqət yetirmiş, Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasına önəm vermişdir. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxışda qeyd olunub ki, sərgi həm Novruz bayramının mənəvi mahiyyətini, həm də müstəqil və qalib Azərbaycanın ruhunu əks etdirən əhəmiyyətli mədəni tədbir kimi dəyərləndirilir.

Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova sərginin təşkilinə görə YAP Yasamal rayon təşkilatına təşəkkürünü bildirib. O, sərgidə nümayiş olunan sənət əsərlərinin Azərbaycan qadınının sənətə bağlılığını göstərdiyini vurğulayıb.

Çıxışlardan sonra rəssamlara diplomlar təqdim olunub.