YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə inkişaf edir

“Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə inkişaf edir. Münasibətlərimiz qarşılıqlı maraqlara xidmət edir”. Bu fikirləri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin geniş hüquq-müqavilə bazası var. İki ölkə arasında münasibətlər bütün istiqamətlərdə - siyasi, ticarət-iqtisadi, hərbi-müdafiə, elmi-texniki, mədəni və humanitar sahələrdə inkişaf edir. Onun Sözlərinə görə, bu gün Azərbaycan və Rusiya Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin birgə səyləri ilə mehriban qonşulara və strateji tərəfdaş ölkələrə çevriliblər.

“Rusiya bizim şimal qonşumuzdur. Biz Rusiyanın güclü olmasında maraqlıyıq. Rusiyada azərbaycanlı soydaşlarımız yaşayırlar. Azərbaycanda da rus icması var, ölkəmizdə onlar üçün hər cür şərait yaradılıb. Azərbaycan-Rusiya münasibətlərinin çox yaxşı perspektivləri var. Hələ istifadə edilməyən çoxlu potensial var. Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da tərəflərə xeyir gətirəcək böyük inkişaf perspektivləri mövcuddur”-deyə, deputat qeyd edib.