YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP imzatoplama kampaniyasını uğurla başa çatdırdı

Yeni Azərbaycan Partiyası 2014-cü ilin dekabr ayının 23-də keçiriləcək  bələdiyyə seçkilərinə hazırlıq işlərini  uğurla davam etdirməkdədir.

Artıq qeyd olunduğu kimi, ölkə ərazisində fəaliyyət göstərən bütün bələdiyyələrə təxminən 15 min  Yeni Azərbaycan Partiyasının üzvü namizəd irəli sürülmüşdür. YAP tərəfindən irəli sürülən namizədlərin lehinə imzatoplama kampaniyası partiyanın seçki qərargahının və yerli orqanlarının ahəngdar fəaliyyəti nəticəsində uğurla başa çatmışdır.  

Noyabrın 19-a olan məlumata görə, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin 14 mindən çoxu artıq bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmışdır.

İmza vərəqlərini dairə seçki komissiyalarına təqdim etmiş, digər irəli sürülmüş namizədlərin qeydə alınması prosesinin yaxın günlərdə başa çatacağı gözlənilir.