YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərviz Şahbazov: "Əsrin müqaviləsi"nin Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətləri olub

"Əsrin müqaviləsi"nin Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətləri olub. Bu tarixi müqavilə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində ərsəyə gəlib.

Bu sözləri Energetika naziri Pərviz Şahbazov “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı sentyabrın 19-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, "Əsrin müqaviləsi"nin Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətləri olub. Bu müqavilə nəticəsində Xəzərin karbohidrogen resurslarının beynəlxalq bazarlara nəqli başlayıb.

P.Şahbazov vurğulayıb ki, indiyədək "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinə 36 milyard dollar sərmayə qoyulub: "Prezident İlham Əliyevin iştirakı ilə "Əsrin meqaviləsi"nin müddəti 2049-cu ilədək uzadılıb. Bu layihə sayəsində Azərbaycan indiyədək 143 milyard dollar gəlir əldə edib. AÇG üzrə bu vaxtadək 492 milyon ton neft, 161 milyard kubmetr qaz hasil edilib. Cari ilin ötən dövründə isə ölkədə 25,1 milyon ton neft çıxarılıb və bu həcmin 20,9 milyon tonu ixrac edilib. Respublika üzrə gündəlik neft hasilatı sutkada 765 min barrel olub".