YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: “Əsrin müqaviləsi” Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətidir

"Ümumiyyətlə, “Əsrin müqaviləsi” çox möhtəşəm layihədir. Artıq 25 ildir ki, “Əsrin müqaviləsi” imzalanıb. Əgər biz həmin dövrə nəzər salsaq görərik ki, o zaman Azərbaycanda ictimai-siyasi vəziyyət çox ağır idi. İlk növbədə Azərbaycanda hərbi müxalifət fəaliyyət göstərirdi, ölkədə hərc mərclik var idi, separatçılıq hökm sürürdü". Bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.

YAP İcra katibinin müavini bildirib ki, vaxtilə “Əsrin müqaviləsi” imzalanandan sonra bir neçə dəfə dövlət çevrilişlərinə cəhdlər olundu: "Lakin buna baxmayaraq Ümummilli Lider Heydər Əliyevin iradəsi və Ona olan dünya ölkələrinin etimadı sayəsində ən iri dövlətlər və şirkətlər Azərbaycanla bu müqaviləni imzaladı. Hətta Amerika kimi bir dövlət bu müqavilənin qarantı rolunda çıxış etdi. Nəticə etibarilə 25 il ərzində digər dövlətlərin yüz ilə keçdiyi yolu məhz Azərbaycan dövləti “Əsrin müqaviləsi”nin əldə etdiyi nəticələr hesabına əldə etdi. Bu müqavilədən irəli gələn öhdəliklər və bu müqavilənin tam yerinə yetirilməsi nəticəsində Azərbaycanın nəqliyyat dəhlizinə çevrilməsi, Azərbaycandan digər ölkələrə enerji resurslarının daşınması kimi böyük irəliləyişlər hər bir kəsin gözü önündədir.

Bu gün Azərbaycanda 3 mindən artıq məktəb tikilib, yollar çəkilib, körpülər salınıb, 600-dən artıq diaqonostika mərkəzləri, xəstəxanalar tikilib, 40-dan artıq isə Olimpiya Kompleksləri və digər idman meydançaları tikilib istifadəyə verilib. Eləcə də sosial sahədə xeyli inkişaf mövcuddur. Bu gün xeyli sayda tələbələrimiz bu “Əsrin müqaviləsi” sayəsində xaricdə təhsil alıb və Azərbaycana qayıdaraq mütəxəssis kimi çalışırlar. Azərbaycanda abadlıq, quruculuq işləri geniş vüsət alıb. Amma görürsən ki, bəziləri bu müqaviləni xülya adlandırırdı, imzalanmasını istəmirdilər və gələcəyə saxlayırdılar. Gələcək isə göstərdi ki, ayrı-ayrı dövlətlərdə, ərəb və digər başqa-başqa ölkələrdə nəticə hansı effekti verdi. Yəni neft strategiyasından düzgün istifadə etməmək həmin ölkələrə bəla gətirdi. Lakin Ümummilli Liderin düzgün qoyduğu strategiya və Prezidentimiz tərəfindən həyata keçirilən bu strategiya artıq Azərbaycan xalqının maraqlarına xidmət edir, ölkəmizə kifayət qədər gəlirlər gətirir. Məhz bunun nəticəsində neft kapitalı Azərbaycanda insan kapitalına çevrilib”.

 

DİGƏR Xəbərlər Arxiv