YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yuri Borisov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasını istəyir

Rusiya Baş Nazirinin müavini Yuri Borisov Ermənistanın paytaxtı Yerevanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi-iqtisadi əməkdaşlıq üzrə Dövlətlərarası komissiyasının iclasından sonra jurnalistlərə müsahibəsində deyib ki, “Rusiya Dağlıq Qarabağ münaqişəsinin alovlanmasında maraqlı deyil”.

Moskvanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması tərəfdarı olduğunu vurğulayan Y.Borisov diqqətə çatdırıb ki, Rusiya Prezidenti Vladimir Putinin bu istiqamətdə səyləri hamıya məlumdur. “Rusiya bütün vasitələrlə bu münaqişənin aradan qaldırılmasını istəyir. Siz Rusiyanın, xüsusən bizim Prezidentin bu məsələdə oynadığı rolu bilirsiniz”, -deyə Baş Nazirin müavini qeyd edib.

Erməni jurnalistlərin KTMT-nin Azərbaycanla bağlı mövqeyi barədə suala cavab verən Y.Borisov əlavə edib ki, “Rusiya keçmiş SSRİ-nin bütün respublikaları, o cümlədən Azərbaycanla hərbi-iqtisadi əməkdaşlığı alqışlayır”.