YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Xaricdə mühacirət müxalifəti adı ilə fəaliyyət göstərənlər bəzi xarici dairələrin maraqlarından çıxış edirlər

“Bizi narahat edən məqam ondan ibarətdir ki, xaricdə mühacirət müxalifəti adı ilə fəaliyyət göstərənlər bəzi xarici dairələrin maraqlarından çıxış edirlər. Onların bir sıra təbliğat kampaniyaları xarici maliyyə əsasında qurulur”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, bu cür fəaliyyətlə Azərbaycandakı siyasi proseslərə xarici təsir elementlərinin gətirilməsi təhlükəsi yaranır. Bu mənada siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının  belə cəhdlərə qarşı açıq mövqe ortaya qoyması müsbət haldır.

“Əgər siyasi partiyaların, ictimai hərəkatların bu cür mövqeyini ardıcıl şəkildə müşahidə etsək güman edirəm ki, bütövlükdə Azərbaycan cəmiyyəti aydın şəkildə dövlətçilik prinsiplərinə qarşı fəaliyyət göstərən maraqlı dairələrin hərəkətlərinin milli maraqlarımız baxımından nə qədər təhlükəli və qəbuledilməz olduğunu dərk edər. Digər tərəfdən, indiki texnologiyaların yaratdığı imkanlar bir sıra xogəlməz meyllərin ortaya çıxmasına səbəb olur. Bu da insanların mənəvi terrora məruz qalması, şərəf və ləyaqətinin alçaldılması ilə müşaiyət olunur. Bütün bunlar anonim adlarla edilir və təbii ki, insanları narahat etməyə bilməz. Onların əsas hədəfi isə fəal siyasi mövqe ortaya qoyan şəxslərdir. Biz belə halları qətiyyətlə pisləyirik. Müsbət haldır ki, “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda keçirilən dəyirmi masa iştirakçılarının əksəriyyəti bu məsələdə həmrəy oldular. Güman edirəm ki, onlar bundan sonra da eyni mövqe nümayiş etdirəcəklər”-deyə, YAP Sədrinin müavini vurğulayıb.