YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycanda tolerantlığın möhkəm təməl sütunları var

Azərbaycanda tolerantlığın möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Ölkəmizdə tolerantlıq həm də dövlət siyasəti kimi həyata keçirilir.
Bu fikirlər noyabrın 14-də Bakıda keçirilən “Azərbaycan-tolerantlığa nümunə ölkə” mövzusunda “dəyirmi masa” - konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən səsləndirilib.

M.Qurbanlı deyib ki, Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi Azərbaycanda tolerantlıq və multikulturalizm sahəsində əsrlərdən bəri toplanan böyük təcrübəni, qazanılan nailiyyətləri müzakirə etmək və ictimaiyyətə çatdırmaqdır. O, Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar komitə tərəfindən ölkəmizdə və bir sıra xarici ölkələrdə silsilə tədbirlər keçirildiyini söyləyib.

Bildirilib ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı bir ölkədir. Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalqlara və etnik qruplara öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradıb.