YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbi Dəniz Qüvvələrinin Hərbi Hava Qüvvələri ilə birgə irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb

Təsdiq edilmiş əməliyyat hazırlığı planına əsasən müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun rəhbərliyi ilə noyabrın 13-dən Hərbi Dəniz Qüvvələri tam heyətdə, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələrinin, həmçinin Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin iştirakı ilə birgə əməliyyat-taktiki təlimləri başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlərdə təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsinə 5000 nəfərdən artıq şəxsi heyət, 40-dək döyüş gəmi və katerləri, raket və artilleriya qoşunlarının 58 qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək döyüş təyyarə və helikopterləri, Hava Hücumundan Müdafiə Qoşunlarının bilavasitə, qruplaşmanın hava hücumundan müdafiəsinin təşkili məqsədilə 50-dək müxtəlif vasitələri, o cümlədən xüsusi təyinatlı qüvvələr cəlb edilib.

Təlim 3 mərhələdə həyata keçiriləcək.

Təlimlərin aktiv fazasında cəlb olunan bütün növ vasitələrdən döyüş atışları icra olunacaq.

Təlimlər noyabrın 17-dək davam edəcəkdir.

 

DİGƏR Xəbərlər Arxiv