YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Lerikdə “Heydər Əliyev gənclərin düşüncəsində – 50 il” mövzusunda müzakirələr aparılıb

Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu çərçivəsində Lerikdə “Heydər Əliyev gənclərin düşüncəsində - 50 il” mövzusunda müzakirələr aparılıb.

Çıxış edən Milli Məclisin deputatları Sevinc Hüseynova, İqbal Məmmədov, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov, partiyanın məsul əməkdaşı Araz Xudadanov və başqaları dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən, gələcəyə hesablanmış inkişaf strategiyasından geniş bəhs etdilər. Bildirdilər ki, ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və sabahının əsasıdır. Bu ideyalar müstəqil Azərbaycanımıza biri-birindən əhəmiyyətli uğurlar qazandırır.

Müzakirələr zamanı vurğulandı ki, gənclərə diqqət və qayğı ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə fəaliyyətinin əsas istiqaməti olub. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünən ümummilli lider Heydər Əliyev gənclərin keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almasının təşəbbüsçüsü olmuşdur. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə də gənclərə diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi.

Çıxış edən gənclər də ulu öndər Heydər Əliyevin ideyalarından və müasir dövlət quruculuğundan danışaraq, onlara olan diqqət və qayğını yüksək qiymətləndirdilər.

DİGƏR Partiya xəbərləri Arxiv