YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahmud Məmməd-Quliyev: Regional münaqişələr həll olunmasa, bölgədə tərəqqiyə nail olmaq çox çətin olacaq

Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan ilə Ermənistan arasında hər hansı bir əməkdaşlığın qurulmasına çalışır.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib.

Onun sözlərinə görə, bu məsələyə obyektiv yanaşmaq lazımdır. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdikcə bu ölkə ilə Azərbaycanın hər hansı bir əməkdaşlığı ola bilməz.

M.Məmməd-Quliyev deyib ki, regional münaqişələr həll olunmasa, bölgədə tərəqqiyə nail olmaq çox çətin olacaq.

“Ona görə də, ilk növbədə münaqişələr həll olunmalı, dövlətlərin ərazi bütövlüyü bərpa edilməlidir” - deyə, nazir müavini bildirib.

 

DİGƏR Xəbərlər Arxiv