YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Nuriyev: 11 mindən çox ailəyə öz mülkiyyət hüquqlarını təsdiq edən sənədin əldə olunması imkanı yaradılıb

Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman inqilabi addım olmaqla, son illərdə yığılmış bəzi problemlərin, əsasən də sənədləşmə problemlərinin Prezident tərəfindən həll olunması kimi qəbul edilməlidir.

Bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev jurnalistlərə müsahibəsində deyib.

Komitə sədri qeyd edib ki, ilin sonunadək həmin Fərmanla bağlı işlər başa çatdırılmalıdır. Bugünkü günə artıq Bakı şəhərində 59 layihə üzrə, yəni 11 mindən çox ailəyə öz mülkiyyət hüquqlarını təsdiq edən sənədin əldə olunması imkanı yaradılıb.