YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Ermənistan işğala son qoyduqdan sonra əməkdaşlıq mühitinin formalaşması üçün şərait yarana bilər

«ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Azərbaycan və Ermənistan arasında düşmənçilik yox, əməkdaşlığın vacibliyi ilə bağlı fikri özü-özlüyündə pozitiv fikir olsa da, onun həyata keçirilməsi üçün münbit şərait olmalıdır».  Bu fikri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Ceyms Uorlik ilk növbədə Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması məsələsinə diqqəti cəlb etməli və ölkəsinin buna nail olmasına çalışmalıdır. Onun sözlərinə görə, Azərbaycanın konkret mövqeyi bundan ibarətdir ki, mövcud status-kvo dəyişməlidir.

«Yəni, əvvəlcə Azərbaycanın işğal olunmuş yeddi rayonu geri qaytarılmalı, qaçqın və məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıtmalı, ərazilərimiz minalardan təmizlənməli, sülhməramlı qüvvələr yerləşdirilməli və komunikasiyalar bərpa edilməlidir. Yenilənmiş Madrid Prinsiplərinin qayəsini də bu məsələlər təşkil edir. Yalnız bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı məsələlər gündəmə gətirilə bilər. Azərbaycan torpaqlarının işğalına son qoyulduqdan sonra yeni situasiya yaranır. Yeni şəraitdən çıxış edərək Azərbaycan-Ermənistan münasibətləri formalaşmağa başlaya bilər. Ermənistan işğala son qoyduqdan sonra əməkdaşlıq mühitinin formalaşması üçün şərait yarana bilər. Bunun olmayacağı təqdirdə Ceyms Uorlikin fikirlərinin heç bir xüsusi çəkisi olmur»- deyə, politoloq qeyd edib.

DİGƏR Xəbərlər Arxiv