YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: 2015-ci ildə Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirliklər və konsulluqlarına 58 milyon manat ayırılması nəzərdə tutulur

2015-ci ildə Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirliklər və konsulluqlarına 58 milyon manat ayırılması nəzərdə tutulur. Bu barədə maliyyə naziri Samir Şərifov bildirib.

Nazir qeyd edib ki, Azərbaycanın üzv olduğu beynəlxalq maliyyə təşkilatlarına, eləcə də digər beynəlxalq qurumlara üzvlük haqqı üçün büdcədən 20 milyon manat vəsaitin ayrılması gözlənilir.

«Təəssüf edirəm ki, müxalifət mətbuatında bu məsələ ilə bağlı qeyri-sağlam yanaşma var. Onlar bu məsələni təhrif olunmuş formada ictimaiyyətə çatdırırlar»- deyə, nazir vurğulayıb.